İmişlidə kişi həyat yoldaşını bıçaqlayıb

21 İyul 2022 09:30

İmişli sakini həyat yoldaşını bıçaqlayıb.

Hadisə İmişli şəhərində qeydə alınıb.

Ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanan İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Abdullayeva Günel Mirayaz qızı ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az