Xersonu bu yolla geri qaytarmaq olar

21 İyul 2022 08:14

Antonovski körpüsü və Xerson vilayətindəki Kaxovskaya su elektrik stansiyasının yaxınlığındakı keçidin dağıdılması və ya atəşə tutulması halında bu bölgədəki rus qrupu mühasirəyə düşəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, bu halda işğalçıların təslim olması və ya geri çəkilməsi məsələsi yaxın həftələrdə həll olunacaq:

"Çünki oraya hər gün onlarla, hətta yüzlərlə ton yanacaq idxal etmək lazımdır. Xersonda yerləşən bu nəhəng rus ordusunu qidalandırmaq lazımdır. Orada bu gün təxminən 10-12 min hərbçi Dnepr çayının sağ sahilindədir".

Jdanov vurğulayıb ki, yaxınlaşan təhlükə ilə əlaqədar Rusiya yenidən nüvə şantajına qayıdır.

Milli.Az