BDU-nun tələbəsi vəfat etdi

21 İyul 2022 08:02

Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi Muxtarova Esmira Mirələsgər qızı vəfat edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Məlumata görə, o, bu ilin aprel ayında beyin iflici keçirmişdi.

Qeyd edək ki, M.Esmira BDU-nun Filologiya fakültəsində təhsil alırdı.

Milli.Az