18 yaşlı qız faciəvi şəkildə öldü

21 İyul 2022 08:50

Goranboyda gənc qızı elektrik cərəyanı vuraraq öldürüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə Düzqışlaq kəndində baş verib.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Qazımova Gülşən Mehman qızını yaşadığı evdə ehtiyataızlıq nəticəsində cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az