Putindən tapşırıq: Bu içkinin adını "İvan-çay" qoyun!

20 İyul 2022 23:47

Rusiya Prezidenti Vladimir Putin "Koka-Kola" içkisini "İvan-çay"la əvəz etməyi tapşırıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb.

"Həqiqətən, "İvan-çay" bir növ "Koka-Kola"dan daha faydalıdır", - Putin deyib.

Putin bildirib ki, onun yerli içki istehsalı ilə bağlı qərarına dair sənəd kənd təsərrüfatı nazirinin masasına qoyulacaq.

Qeyd edək ki, Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatdan dolayı "Koka-Kola" şirkəti bu ölkədə "Koka-Kola" brendi ilə içkilərin istehsalını və satışını dayandırıb.

Milli.Az