Rusiyaya qarşı 7-ci sanksiyalar paketi razılaşdırıldı

20 İyul 2022 23:32

Avropa İttifaqının (Aİ) Daimi Nümayəndələr Komitəsi Rusiya Federasiyasına qarşı yeddinci sanksiyalar paketini razılaşdırıb.

Milli.Az bildirir ki, bu barədə çərşənbə günü jurnalistlərə Aİ institutlarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, Aİ ölkələri qızıl embarqosu və "qara siyahı"nın genişləndirilməsi ilə bağlı razılığa gəliblər. (publika.az)

Milli.Az