İran Urmiya gölünün bərpasına 8 milyon dollara yaxın vəsait ayırıb

20 İyul 2022 13:37

İran Urmiya gölünün bərpası üçün 215 milyard tümən (7 820 000 dollar) ayırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İran prezidentinin müavini Seyid Solət Murtəzəvi bu gün Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Urmiya gölünün bərpası üzrə qərargahın bir neçə iclası keçirilib və gölün bərpası üçün vəsait ayrılıb: "Ümid edirik ki, gölün problemi yaxın vaxtlarda öz həllini tapacaq".

Milli.Az