İllər sonra yeni serialda bir araya gəldilər - FOTO

20 İyul 2022 20:00

Bir dövrə damğasını vuran Türkiyənin "Aşk-ı Memnu" serialının ulduzları Beren Saat və Kıvanç Tatlıtuğ 12 ildən sonra bir araya gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Netflix"də yayımlanacaq film üçün Şiledə məşhur aktyorlar kamera qarşısına keçiblər. Onlar İstanbuldakı səhnələrdən sonra çəkilişlərin qalan hissəsi üçün Nyu-Yorka (ABŞ) gedəcəklər.

Filmin çəkilişlərindən ilk görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Milli.Az