Manaf Ağayev dostunun ölümündən DANIŞDI: Çay içdiyimiz yerdə başını qoydu - VİDEO

20 İyul 2022 15:00

ATV-nin "Bir dəqiqə" proqramına qonaq olan müğənni Manaf Ağayev ağır itkilərindən danışıb.

Milli.Az xəbər verir ki, valideyn itkisinin ən ağır itki olduğunu dilə gətirən Manaf Ağayev, 40 illik dostunu itirməsindən də söz açıb:

"Rayona getmişdik, klip çəkdirməyə. Stol açdılar, çay-çörək qoydular ki, yeyək. Çay içdiyimiz yerdə başını qoydu. Əlim-qolum qırıldı. Tabutu özüm çiynimdə apardım".

Milli.Az