Meymun uşağı valideynlərinin əlindən alıb öldürdü

20 İyul 2022 12:30

Hindistanın Bareyi şəhəri yaxınlığındakı kənd ərazisində meymun uşağı valideynlərinin əlindən alaraq öldürüb.

Milli.Az bildirir ki, bu barədə NDTV məlumat yayıb.

Yerli kəndlərdən birinin 25 yaşlı sakini Nirdeş Upadhyay həyat yoldaşı və dörd aylıq oğlu ilə evin üçüncü mərtəbəsindəki terrasda gəzirmiş. Birdən orada aqressiv meymun sürüsü peyda olub. Uşağın valideynləri primatları qovmağa çalışsalar da, meymunlar Nirdeşi mühasirəyə alıblar. Daha sonra körpəni qucağında saxlayan kişi pilləkənlərə yaxınlaşmaq istəsə də, körpə əlindən düşüb. Meymunlardan biri oğlanı damdan atıb. Uşaq yerindəcə keçinib.

Valideynlər hadisə barədə səlahiyyətlilərə məlumat veriblər. Hindistan Meşə Xidməti hadisə ilə bağlı araşdırma aparır.

İrfan Vəliyev
Milli.Az