Övladını xilas etməyə çalışan ana polisə fəryad etdi: “Aparmayın, qızım xəstədir!” - VİDEO

20 İyul 2022 20:37

İyulun 19-da İranın Tehran şəhərində bir qadın "əxlaq polisi"nin patrul maşınının qarşısını kəsib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, qızının həbs edilərək polis idarəsinə aparılmasına mane olmağa çalışıb.

Təqdim edilən videoda "Qızımı aparmayın, qızım xəstədir!", - deyə qadın fəryad edir.

Görüntülərdə "əxlaq polisi" patrul xidmətinin əməkdaşlarının isə qeyri-insani davranaraq maşının qarşısında qadının olmasına məhəl qoymadan hərəkəti davam etdirməsi və sürəti artıraraq onu yoldan kənarlaşdırmağa çalışması əks olunub.

Milli.Az