Zarafat edirdi, atəş açıldı - VİDEO

20 İyul 2022 16:52

Türkiyənin Samsun şəhərində mağazada zarafat etmək məqsədilə tapançanı başına dirəyib tətiyi çəkən gənc yaralanaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə anbaan mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən 26 yaşlı gəncin səhhətində ciddi problemin olmadığı bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Milli.Az