Çingiz Əhmədovun oğlu hava limanında saxlanıldı - Terrorçu... - VİDEO

20 İyul 2022 10:30

Əməkdar artist Çingiz Əhmədovun aktyor oğlu İbrahim Çingiz uzunsaç stilinin onun başına bəla olduğunu deyib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda "Söhbət var" proqramında danışan aktyor Türkiyədə polislərin onu terrorçu bilib saxladıqlarını söyləyib:

"İzmirdən qayıdanda 6 ay dırnaqlarımı, saçımı kəsmirdim, üzümü qırxmırdım. Hava limanında 3 polis maşını saxladı, çamadanlarımı yerə atdılar. Başladılar ki, nə işlə məşğulsan, hava limanını partladacaqsan. Başa salmağa çalışıram ki, aktyoram. İnstaqramıma baxmaq istədilər. Görəndən sonra çamadanlarımı yığdılar". 

Milli.Az