Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Milli.Az Oxu.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Elgiz Əliyev Ağdaş Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin edilib.
O, bundan əvvəllər də həmin şöbədə başqa vəzifədə çalışıb.
Milli.Az