Qurban Qurbanov: "Sürix"in vurduğu ilk qolda ofsayd var idi"

19 İyul 2022 22:39

"Rəqibin vurduğu ilk qolda ofsayd var idi".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Sürix"inə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis futbolda belə halların olduğunu söyləyib: "Ofsayda oxşadı. Oxşadı deyəndə ki, oyundankənar vəziyyət var idi (gülür)".

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 27-də Sürixdə baş tutacaq.

Milli.Az