Tehranda Astana üçlüyünün sammiti başlayıb

19 İyul 2022 22:17

Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü başlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, sammit Tehrandakı Beynəlxalq Konqres Mərkəzində keçirilir.

Rusiya, İran və Türkiyə Prezidentlərinin görüşünün hələ 2020-ci ildə Tehranda keçirilməsi planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən tədbir dəfələrlə təxirə salınıb.

Milli.Az