Məşhur meyxanaçı Mahir Cürətin səhhəti qəfildən pisləşib.
Milli.Az manşet.az-a istinadən bildiriri ki, ötən gün qəfildən halı pisləşən söz ustadı ölümdən dönüb.
M.Cürət xəbəri sayta təsdiqləyib:
"Vəziyyətim getdikcə daha da ağırlaşır. Hər iki ayağım tutulub, ayaqlarımı dizdən aşağı yara basıb, yeriyə bilmirəm. Ayaqlarım başımı xarab edib, yaman gündədir. Dünən də az qala ölmüşdüm".
Qeyd edək ki, M.Cürət "De, gəlsin!" yarışının laureatlarındandır. O, meyxana aləmində əruzun əsas bilicilərindən hesab edilir. Mahir Cürət bir neçə xəstəlikdən, o cümlədən narkotik asılılığından əziyyət çəkir.
Milli.Az