“Qarabağ”dan ikinci qol - YENİLƏNİB - FOTO

19 İyul 2022 20:35

20:35

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda növbəti qol vurulub. 

"Report"un məlumatına görə, "köhlən atlar" ikinci dəfə rəqibi mərkəzə dəvət edib. 

Bu dəfə İbrahima Vadji fərqlənib. 

-------

20:17

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda hesab açılıb. 

"Report"un məlumatına görə, "köhlən atlar" 17-ci dəqiqədə topu rəqib qapısından keçirib. 

"Qarabağ"ın qolunu Kadi Borges vurub. 

-------

20:00

Bakıda "Qarabağ" və İsveçrənin "Sürix" komandası arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Irfan Peltonun başçılıq etdiyi Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edir.

Qeyd edə ki, komandalar arasındakı cavab oyunu iyulun 27-də olacaq.

Milli.Az