Məşhur aktrisa vəfat etdi

19 İyul 2022 20:37

Məşhur ukraynalı aktrisa və teleaparıcı Ruslana Pısanka (əsl soyadı Pisanko) 57 yaşında vəfat edib.

Milli.Az bildirir ki, bu barədə TSN-ə istinadən Klymenko Time Telegram kanalı məlumat yayıb.

Sənətçi uzun sürən xəstəlikdən sonra iyulun 19-na keçən gecə müalicə üçün bu ilin fevralında köçdüyü Almaniyada dünyasını dəyişib. Ulduz xəstəliyinin dəqiq diaqnozunu açıqlamayıb. Getməmişdən bir müddət əvvəl, tamaşaların birində aktrisa huşunu itirərək ayağını sındırıb, sonra əməliyyat olunub.

Pısanka 1965-ci il noyabrın 17-də Kiyevdə anadan olub və 1995-ci ildə Kiyev Dövlət Mədəniyyət İnstitutunun rejissorluq fakültəsini bitirib.

Sənətçinin filmoqrafiyasına 30-dan çox layihə var, o cümlədən "Üç muşketyor" (2004), "Qafqaz əsiri!" (2014). Aktrisa eyni zamanda "Qudalar" serialının çəkilişlərində iştirak edib, Vladimir Zelenski ilə birlikdə rol alıb və Ukrayna televiziya proqramlarının aparıcısı kimi çıxış edib.

İrfan Vəliyev
Milli.Az