Terrorçularla "gənə" və "taxtabiti" döyüşəcək - VİDEO
31 Mart 2012 15:23
Milli.Az CNN-ə istinadən bildirir ki, "Sand Flea" ("Qum gənəsi") adlandırılan robot 9 metr hündürlüyə tullana bilir. "RHEX" adlanan "taxtabiti" robot isə dağlıq və palçıq yerlərdə asanlıqla hərəkət edir, su altında üzür.
6 "ayağı" olan "RHEX"-in çəkisi 13 kiloqramdır.
Müşahidə kameraları ilə təchiz edilmiş robot 6 saat işləyir və onun fəaliyyət radiusu 600 metrdir.
Ağırlığı 4,9 kq olan "Sand Flea"nın akkumulyatoru 25 atılışa çatır.