“Qarabağ”ın oyununa gedənlərin NƏZƏRİNƏ! Maska tələbi qoyuldu

19 İyul 2022 14:30

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska tələbi qoyulub.

Milli.Az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi saytına müraciət yerləşdirilib. Bildirilib ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadəsinin məcburidir.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Milli.Az