Əfqanıstanda nəzarəti ələ keçirən Taliban administrasiyası qadınların dövlət müəssisələrində işləməsinin qarşısını almaq üçün siyasətini davam etdirir.
Milli.Az Manset.az-a istinadən bildirir ki, Taliban dövlət qurumlarında çalışan qadınları işdən qovmaq üçün onlara şərt qoyub.
Hakimiyyətə gələndən bəri qadın işçilərin maaşlarını beşdə bir azaldan rəhbərlik indi qadınlara deyir ki, onların yerinə işləyə biləcək kişi qohumları tapsınlar:
"Sizin işinizi görməsi üçün bizə kişi qohumunuzu göndərin, sizi işdən çıxaraq".
Milli.Az