Bir neçə küçədə hərəkət məhdudlaşdırıldı - DYP sürücülərə müraciət etdi

19 İyul 2022 10:51

Bakı şəhər Dövlət Yol Polis İdarəsi sürücülərə və hərəkət iştirakçılara müraciət edib.

İdarədən Milli.Az-a verilən xəbərə görə, Cəlil Məmmədquluzadə küçəsindən Silahlı Qüvvələrin Baş Klinik Hospitalı qarşısından üzü Həsən Əliyev küçəsi istiqamətinə hər iki istiqamətdə və Cəlil Məmmədquluzadə küçəsindən Hənifə Ələsgərova küçəsi istiqamətində yolda aparılan təmir-tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılıb.

"Sürücülərdən həmin istiqamətdə sıxlığın qarşısını almaq məqsədilə təmir-tikinti işləri başa çatanadək hərəkət üzrə istiqamətlərini dəyişməyi xahiş edirik", - müraciətdə deyilir.

Milli.Az