Rusiya HİMARS-a görə XTQ-ləri göndərir

19 İyul 2022 17:30

Moskva ABŞ-ın raket sistemini məhv etmək üçün Ukraynaya 200-dən çox xüsusi təyinatlı göndərir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə - xüsusi təyinatlıların müharibəsinə qədəm qoyur.

Ekspert qeyd edib ki, HİMARS kimi sistemin harada yerləşdiyini müəyyən etmək çox çətindir.

Milli.Az