İran PUA-ları verərsə... - ABŞ hədələdi

19 İyul 2022 08:27

İran Rusiyaya pilotsuz uçuş aparatlarını verərsə, ABŞ və müttəfiqləri bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.

"İran tərəfindən Rusiyanın pilotsuz texnologiya ilə təmin olunması ilə bağlı narahatlığımızı artıq ifadə etmişik. Biz vəziyyəti izləməyə davam edəcəyik", - Prays söyləyib.

Milli.Az