Bakıda üçmərtəbəli ev yanıb

19 İyul 2022 07:35

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 100 m²) olan mansarda tipli üçmərtəbəli evin ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az