“Zirə” üçün Konfrans Liqasında növbəti rəqib - püşk atıldı

18 İyul 2022 16:27

Konfrans Liqasının II təsnifat mərhələsində üz-üzə gələcək Azərbaycan təmsilçisi "Zirə" ilə İsrail klubu "Makkabi" (Təl-Əviv) növbəti raunddakı potensial rəqibini öyrənib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, III mərhələdəki cütlüklər İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində müəyyənləşib.

"Zirə" - "Makkabi" matçlarından üstün ayrılacaq komanda III təsnifat mərhələsində "Qomel" (Belarus) - "Aris" (Yunanıstan) cütünün qalib ilə qarşılaşacaq. "Zirə" avrokuboklarda yoluna davam edərsə, növbəti raundda ilk görüşünü evdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də olacaq.

Milli.Az