Biləsuvarda avtomobil aşıb, 2 nəfər ölüb

18 İyul 2022 14:22

Biləsuvarda avtomobilin aşması nəticəsində 2 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, qəza rayonun Səmədabad kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdlü Emin Baxış oğlu Quliyev idarəetməni itirib və "KIA" markalı avtomobili aşıb. Nəticədə sürücü ilə birgə sərnişin, 1958-ci il təvəllüdlü Qulu Qurban oğlu Qasımov aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az