Azərbaycanda meymunçiçəyi RİSKİ: Test olunanlar var

18 İyul 2022 12:27

"Bu gün üçün meymunçiçəyi ilə bağlı ölkədə yoluxma faktı qeydə alınmayıb".

Bununla bağlı Səhiyyə Nazirliyindən Milli.Az-a məlumat verilib.

Bildirilib ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur:

"Testlərdən istifadəyə gəldikdə, bu günə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərib.

Hər iki şəxsin test nəticəsi neqativdir".

Milli.Az