Peskov Ukraynadakı xüsusi əməliyyatın nə vaxt bitəcəyini açıqlayıb

18 İyul 2022 14:00

Rusiyanın Ukraynada xüsusi əməliyyatı bütün hədəflərə nail olunduğu zaman başa çatacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov İranın dövlət teleradio şirkətinə açıqlamasında deyib.

O bildirib ki, hərbi əməliyyatların başa çatdırılacağı konkret vaxt çərçivəsi yoxdur və burada əsas məsələ effektivlikdir.

Peskov Rusiya ordusuna mülki infrastrukturu zədələməmək və mülki itkilərdən çəkinməklə bağlı aydın göstəriş verildiyini vurğulayıb.

Peskov Qərbin Rusiya və İrana tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən qeyd edib ki, bu, hər iki ölkənin müstəqilliyi və suverenliyinin qarşılığında ödədiyi qiymətdir.

Milli.Az