Bakının bu rayonunda su olmayacaq

18 İyul 2022 13:07

Bakının Nizami rayonunun bəzi ərazilərində bu gün içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Azərsu" ASC yayıb.

"Magistral su kəmərində təmir-bərpa işləri ilə əlaqədar bu gün Bakının Nizami rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq", - deyə məlumatda bildirilir. 

Milli.Az