Bakıda qız adıyla sosial şəbəkələrdə hədə-qorxu gələn şəxs tutulub

18 İyul 2022 12:22

Bakıda sosial şəbəkələrdə hədə-qorxu gələn şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın qızının şəkillərindən istifadə edən şəxsin sosial şəbəkədə səhifə açaraq digər şəxsləri təhqir etməsini, habelə ona hədə-qorxu gəlib pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən 19 yaşlı Y.Məmmədov müəyyən edilərək saxlanılıb.

Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az