Həftəsonu yol qəzalarında 6 nəfər ölüb, 5 nəfər yaralanıb

18 İyul 2022 12:30

Daxili İşlər Nazirliyi (DİN) həftəsonu baş verən yol qəzalarının statistik məlumatını yayıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, respublikanın avtomobil yollarında iki gündə ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Milli.Az