Boğulanı sudan kim çıxarmalıdır: canıyanan, yoxsa təcrübəsi olan? - VİDEO

18 İyul 2022 15:22

Çimərlik mövsümü açılan gündən, təəssüflər olsun ki, dənizdən də üzücü xəbərlər gəlməkdə davam edir. Elə gün olur ki, bir yox, bir neçə nəfərin boğulduğu xəbərini alır və sizlərə çatdırırıq. Bəzən suda boğulana kömək etmək istəyən şəxs də həyatını itirir. Bəs suda boğulan adam gördükdə atacağımız ilk addım nə olmalıdır? Belə faciələrin qarşısını almaq üçün maaarifləndirici bir süjet hazırlamışıq.

Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, batan şəxsi səriştəsiz birinin çıxarmağa çalışması işi daha da çətinləşdirə bilər. Nəticədə özünün də batma təhlükəsi var. Bəs boğulan şəxsi sudan kim çıxarsın? Canı yanan, yoxsa təcrübəsi olan?

Sualı verməkdə məqsəd bunu kimlərdənsə soruşmaq deyil. Bilənlərə xatırlatmaq, bilməyənlərə öyrətməkdir. Çünkü məlumatsız və təcrübəsiz insanın dənizdə batanı xilas etməyə çalışması onun da ölümü ilə nəticələnə bilər. Üzə bilmək kimisə xilas edə bilmək demək deyil. Sularda xilasetmə məntəqəsinin rəisi Samir Əsədov deyir ki, dənizdə batan şəxsi çıxarmağın xüsusi qaydası var.

Sonra arxası üstə uzanan vəziyyətdə üzmək lazımdır. Sudan çıxardıqdan sonra boğulan insanın qarın hissəsini dizinizin üstünə elə qoyun ki, başı aşağı sallansın və su bədəndən asanlıqla çıxsın. Bundan sonra insanı arxası üstə uzadıb, ona süni nəfəs vermək və ürəyi masaj etmək lazımdır. 

Milli.Az