Yaponiyada vulkan püskürdü: Əhaliyə xəbərdarlıq edildi - VİDEO

18 İyul 2022 16:45

Yaponiyada Sakuradzima vulkanı püskürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Kaqosima prefekturasında yaşanıb.

Vulkanın püskürməsi atmosferə külli miqdarda tüstü və külün atılması ilə müşayiət olunub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Yaponiya Meteorologiya Agentliyi bölgədəki sakinlərə kül yağışı və bu səbəbdən yolların bağlanması ehtimalı barədə xəbərdarlıq edib.

Milli.Az