Robot yolu qırmızı işıqda keçdi - VİDEO

18 İyul 2022 16:52

Moskvada robot avtomobil yolunu qırmızı işıqda keçib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, görüntünü yerli sakinlərdən biri qeydə alıb.

Hadisə paytaxtın Maryino rayonunda baş verib.

Robotun çatdırılma xidməti göstərdiyi bildirilib.

Yolda avtomobil olmadığından hadisə qəzasız ötüşüb.

Milli.Az