“Starlink” Rusiya raketlərinə görə 1700 dəfə manevr etdi

18 İyul 2022 19:45

"Starlink" peyk internetinin istehsalçısı "SpaceX" şirkəti Rusiyanın ötən il peyk əleyhinə raketi sınaqdan keçirməsindən sonra öz aparatlarını 1700 dəfə manevr etməli olduğunu açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sınağı zamanı Rusiya peykinin məhv edilməsi nəticəsində əmələ gələn zibil buludu ilə toqquşmanın qarşısını almaq üçün edilib.

Həmçinin, bildirib ki, 2021-ci ilin dekabr ayının əvvəlindən 2022-ci ilin may ayının sonuna qədər şirkət öz peyklərinin bir-biri ilə və ya digər operatorlara məxsus kosmik aparatlarla toqquşma riskini azaltmaq məqsədilə 6873 manevr həyata keçirib.

Milli.Az