Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb

18 İyul 2022 09:45

İyulun 17-də Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə şəhər sakininə məxsus "GAZ-24" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Polis Bölməsinin əməkdaşlarının isti izlərlə həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçıran şəhər sakini, əvvəllər məhkum olunmuş Zahir Həsənov saxlanılıb. Araşdırmalar zamanı şübhəli şəxsin sərxol halda avtomobil qaçırması məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az