İyulun 17-də ABŞ-ın Şimali Las-Veqas hava limanında qəza baş verib.
Trend-in məlumatına görə, bu barədə "8newsnow" polisə istinadən bildirib.
Beynəlxalq Hava Limanının nümayəndəsi Harri Rid iki təyyarənin toqquşduğunu təsdiqləyib.
NLVPD zabiti Aleks Kuevasın sözlərinə görə, qəza ilə bağlı yerli vaxtla günorta saatlarında zəng gəlib.
"Associated Press" agentliyi isə xilasetmə xidmətindəki mənbələrə istinadən qəza zamanı 4 nəfərin həlak olduğunu xəbər verib.
Milli.Az