"Türklərin mənə “Rusiyanın Ajda Pekkanı” deməsi çox xoşdur"

17 İyul 2022 23:57

Rusiya və Ukrayna arasında davam edən müharibənin insanlara mənfi təsirlərini azaltmaq və qara buludları dağıtmaq üçün Belarusda müxtəlif tədbirlər təşkil edilməyə başlanıb. Onlardan biri Lyubov Uspenskayanın konserti olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Rusların Ajda Pekkanı" kimi tanınan Lyubov Uspenskaya ötən gecə Minskdə səhnəyə çıxıb.

Türkiyəni və türkləri çox sevdiyini deyən Uspenskaya superstar Ajda Pekkan və Tarkanı da çox sevdiyini bildirib. 68 yaşlı sənətçi türklərin ona rusların Ajda Pekkanı deməsindən çox məmnun olduğunu bildirib.

"Türkləri çox sevirəm. Tezliklə İstanbulda yerləşmək fikrim var. Bakırköydə evim var, orada qalacağam, ilk işim Ajda Pekkanın konsertinə getmək olacaq. 43 ildir səhnədəyəm və Ajda xanımdan nümunə götürdüyüm bir çox cəhəti var" - sənətçi bildirib.

Milli.Az