Belarus ordusu S-400-lərlə SİLAHLANACAQ

17 İyul 2022 23:52

Yaxın vaxtlarda Belarus ordusu S-400 hava hücumundan müdafiə sistemi ilə silahlanacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Belarus Hərbi Hava Qüvvələri, Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələri komandanının müavini Dmitri Mixolap məlumat verib.

O əlavə edib ki, bununla bağlı məsələ üzərində iş gedir. Yaxın gələcəkdə Mi-35 hücum helikopteri də xidmətə çıxacaq.

Milli.Az