Çində daşqın - 12 nəfər öldü, 12 nəfər itkin düşdü

17 İyul 2022 23:48

Çinin şimal-qərb və cənub-qərbində daşqınlar baş verib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ölkənin cənub-qərbində yerləşən Sıçuan əyalətində leysan yağışların səbəb olduğu sel fəlakəti nəticəsində azı 6 nəfər həyatını itirib, 12 nəfər isə itkin düşüb.

Qansu əyalətinin Lonnan şəhərində isə güclü yağışlar nəticəsində 6 nəfər həyatını itirib.

Ərazidən 3 minə yaxın insanın təxliyə edildiyi bildirilib.

Milli.Az