Bu ölkədə yüzlərlə aviareys ləğv OLUNDU

17 İyul 2022 21:59

İtaliyada aviaşirkətlərin əməkdaşlarının tətili səbəbindən ən azı 400 milli və beynəlxalq aviareys ləğv olunub.

B barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
Dövr saatlıq tətil yerli vaxtla saat 14-dən 18-dək davam edəcək.

Tətilə "Ryanair", "Volotea", "easyJet" və "Malta Air" aviaşirkətlərinin pilotları və uçuş bələdçiləri qatılıblar.

Tətilçilərin əsas tələbləri maaşların artırılması və əmək şəraitinin dəyişdirilməsidir.

Milli.Az