Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az manset.az-a istinadən bildirir ki, Sabunçu-Zabrat yolunda 90-EY-380 dövlət qeydiyyat nişanlı avtomobillə 90-ND-656 nömrəli "Mitsubishi" maşın toqquşub.Hadisə nəticəsində xəsarət alanlar var.
Hadisə yerinə təcili tibbi yardım briqadası və yol polisləri cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az