Qubada "UAZ" aşıb, ölən var

17 İyul 2022 20:28

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xırt kəndində qeydə alınıb.

"UAZ" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində bir nəfər dünyasını dəyişib

Fakt araşdırılır.

Milli.Az