İranda Urmiya gölünə görə etiraz aksiyası keçirildi

17 İyul 2022 19:58

İranda tamamilə qurumaq təhlükəsi ilə üzləşən Urmiya gölünə görə bir qrup insan hökumətə qarşı etiraz aksiyası keçirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Urmiya gölünün qurumasının qarşısını almaq üçün hökumətin ciddi addımlar atmadığını bildirən yüzlərlə nümayişçi Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində toplaşıb.

Aksiya iştirakçıları "Urmiya gölü susuzdur!", "Parlament Urmiya gölünün öldürülməsini əmr edir!" şüarları səsləndiriblər. Aksiya ilə əlaqədar təhlükəsizlik qüvvələrinin səfərbər edilməsi diqqət çəkib.

Milli.Az