Tanınmış müəllim evləndi - FOTO

17 İyul 2022 17:07

Astaranın Qapıçıməhəllə kəndində çalışan tanınmış tarix müəllimi Həbib Əlizadə evlənib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, Şükufə Tağızadə adlı xanımla ailə həyatı qurub. 

Müəllim bununla bağlı paylaşımı öz sosial media hesabında bildirib.

Qeyd edək ki, Həbib Əlizadə şagirdləri ilə bağlı etdiyi paylaşımlara görə sosial şəbəkələrdə məşhurlaşıb.

Milli.Az