Kolumbiyanın Kanasqordas vilayətində baş verən partlayış nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Dieqo Molano bildirib. O, hadisəni terror aktı adlandırıb.
Nazirin sözlərinə görə, hücuma görə "Körfəz klanı" narkotik karteli məsuliyyət daşıyır:
"Hadisəni törədənlər bir neçə avtomobil keçərkən polis məntəqəsinə partlayıcı atıblar. "Körfəz klanı"nın Riçard ləqəbli üzvünə verilən mükafat 50 milyondan 200 milyon pesoya (11 min dollardan 45 min dollara təqribən - Report) artırılıb. Polis əməkdaşlarımıza hücuma görə çox güman ki, bu cinayətkar məsuliyyət daşıyır".
Qeyd edək ki, "Körfəz klanı" Kolumbiyada narkotik ticarəti ilə məşğul olan ən böyük cinayət qruplaşmasıdır.
Milli.Az