Haaqa Məhkəməsi Ukraynadakı soyqırımla bağlı Rusiyaya qarşı işə baxacaq

16 İyul 2022 23:52

Beynəlxalq Haaqa Məhkəməsi payızda Rusiyanın ukraynalıların soyqırımı ilə bağlı ittihamları üzrə işinə baxmağa başlayacaq.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Beynəlxalq Məhkəmədəki agenti, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Anton Korineviç məlumat verib.

"Biz iyulun 1-də memorandum verdik. Rusiya sentyabrın sonuna qədər bu iş üzrə məhkəmənin yurisdiksiyasına etirazını bildirməlidir", - o, deyib. 

Milli.Az