Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

16 İyul 2022 23:42

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Avtomobilin aşması nəticəsində sərnişin, rayon sakini, 1975-ci il təvəllüdlü S.İsayeva və sürücü xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az